BP keçən il Azərbaycanda 20,4 milyon t neft hasil edib

17:13 | 13.01.2023
İngiltərənin iri neft şirkəti olan BP-nin rəhbərliyi tərəfindən istismar olunan  etdiyi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 2022-ci ildə neft hasilatı 20,4 milyon ton təşkil edib. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
     
Azərbaycanda işə başlayandan "Azəri-Çıraq-Günəşli  yataqlarından 607 milyon tondan çox neft və kondensat hasil edilib ki, bunun da 567 milyon tonu "Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən neftin, 40 milyon tonu isə "Şahdəniz” yatağından çıxarılan kondensatın payına düşür. 
     
Xarici şirkətlərin konsorsiumu tərəfindən hasil edilən neft və kondensatın hasilat başlandığı gündən 2023-cü il yanvarın 1-dək ixracı 605 milyon ton təşkil edib.
     
2022-ci ildə BP-nin "Şahdəniz” yatağında qaz hasilatı 25,2 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən səmt qazı isə 13,4 milyard kubmetr təşkil edib.
     
Ümumilikdə, ötən il Azərbaycanda neft hasilatı 32,6 milyon ton, qaz hasilatı isə 46,7 milyard kubmetr təşkil edib.
 
Bunun 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM