BP neftin qiyməti ilə bağlı proqnozunu açıqladı

13:22 | 12.10.2017
BP neftin qiyməti ilə bağlı proqnozunu açıqladı

BP neftin qiyməti ilə bağlı proqnozunu açıqladı

Bu ilin oktyabrın 24-də BP-nin baş iqtisadçısının müavini Vladimir Drebentsov Azərbaycana səfər edəcək.

Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, V.Derbentsovun hökumət və KİV nümayəndələri ilə görüşü nəzərdə tutulub.

"İki ildən bir biz BP Qrupunun iqtisadçılarını Azərbaycana dəvət edirik. Səfərin məqsədi 2035-ci ilədək enerji bazarı haqqında düşüncələrin, tələb-təklif, qiymət məsələləri ilə bağlı məlumatların toplanmasıdır", - deyə B.Aslanbəyli vurğulayıb.

Vitse-prezident əlavə edib ki, BP-nin iqtisadçılar ofisi 2018-ci ildə neftin qiymətində ciddi artım gözləmir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM