BP “Qarabağ” neft yatağının işlənməsinə qoşulmağı planlaşdırır

18:25 | 24.01.2025
BP “Qarabağ” neft yatağının işlənməsinə qoşulmağı planlaşdırır

BP “Qarabağ” neft yatağının işlənməsinə qoşulmağı planlaşdırır

BP Plc 2025-ci ildə  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" neft yatağının işlənməsinə qoşulmaq niyyətindədir. Bu barədə çərşənbə günü BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

"2024-cü ilin sentyabrında biz SOCAR ilə "Qarabağ" yatağı ilə bağlı qarşılıqlı anlaşma memorandumu (MoU) imzaladıq. Hazırda BP-nin mövcud işlənmə müqaviləsinə rəsmi qoşulması üçün müzakirələr aparılır. Hər iki tərəf danışıqları tez bir zamanda yekunlaşdırmağa çalışır və şəxsən ümid edirəm ki, BP-nin layihəyə qoşulması bu il başa çatdırılacaq", –  Aslanbəyli qeyd edib.

"Qarabağ" neft yatağı Bakıdan 120 km şərqdə, "Günəşli" yatağına yaxın ərazidə, 150-200 metr dərinlikdə yerləşir.

Eyni qarşılıqlı anlaşma memorandumunda BP və SOCAR həmçinin Bakıdan 90-110 km şimal-şərqdə yerləşən "Dan Ulduzu-Aşrafi-Aypara" strukturunda potensial əməkdaşlıq imkanlarını da nəzərdən keçirib.

BP Xəzər dənizinin bu sahələrində işlərin sürətləndirilməsinin sinerji yaradacağını vurğulayıb. 2018-ci ilin may ayında SOCAR və Equinor "Aşrafi-Dan Ulduzu-Aypara" blokunun kəşfiyyatı və işlənməsi üçün PSA və "Qarabağ" yatağı üzrə riskli xidmət müqaviləsi imzalamışdılar.

Lakin Equinor 2023-cü ilin sonunda hər iki layihədəki 50% payını SOCAR-a satıb və bu müqavilə 2024-cü ilin aprelində yekunlaşıb. 
 
Firayə Nurizadə
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM