Britaniyanın BP korporasiyasının rəhbəri Robert Dadli hesab edir ki, neftin qiymətləri hələ uzun müddət aşağı səviyyədə qalacaq.
"Neftin qiymətləri yaxın vaxtlarda aşağı səviyyədə qalacaq. Əvvəlki qiymətlərin bərpası üçün çox vaxt lazım olacaq”, top-menecer deyib.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Dadli neft bazarındakı vəziyyəti Brent markalı neftin orta illik qiymətinin bir barelə görə 14.4 dollar olduğu 1986-cı illə müqayisə edib.
O, qeyd edib ki, neftin aşağı qiymətləri bütün neft hasil edən ölkələrə, həmçinin Rusiyaya da təsir edir. Bununla belə o bildirib ki, neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatına Qərbin sanksiyalarından daha güclü təsir edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !