BP şirkətinin rəsmisi Bakı Ali Neft Məktəbində oldu - FOTO

13:06 | 09.12.2014
BP şirkətinin rəsmisi Bakı Ali Neft Məktəbində oldu - FOTO

BP şirkətinin rəsmisi Bakı Ali Neft Məktəbində oldu - FOTO

Dekabrın 8-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində oldu. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq onu BANM-də görməkdən məmnunluğunu bildirdi. Tədbiri açan rektor Elmar Qasımov tələbələrə Qordon Birellin fəaliyyəti haqqında qısa məlumat verərək, onun neft mühəndisliyi sahəsində uzun illər çalışdığını və 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti təyin olunduğunu dedi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Əsrin müqaviləsi”nin  20 illiyi ilə əlaqədar olaraq Q.Birellin "Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı və bu münasibətlə qonağı təbrik etdi. 
Rektor E.Qasımov Azərbaycanda neft-qaz sənayesinin inkişafından söz açdı.   O bildirdi ki, ölkəmizdə neft strategiyasındakı mövcud perspektiv imkanlar gənclərin BANM-ə marağını artırır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd etdi ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir. 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell BANM-in tələbələri üçün "20 illik uğurlu neft yolu " mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda BP şirkətinin Azərbayandakı 20 illik fəaliyyətindən, "Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafında əldə olunan böyük uğurlardan, Azərbaycanın beynəlxalq layihələrdəki rolundan, bu layihələrin icrasına cəlb etmək üçün  ixtisaslı mütəxəssislərə ehtiyac yaranmasından və bu sahədə görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi önəmindən və ölkədə həyata keçirilən uğurlu neft strategiyasından bəhs edildi. Qordon Birrell  həmçinin, BP şirkətində  gənclər üçün yaradılan təlim və karyera imkanları barəsində danışdı. Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı. 

Tədbirin sonunda BANM-in rektoru Elmar Qasımov tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə qonağa təşəkkür etdi və onu BANM-in "Fəxri qonaq” diplomu ilə təltif etdi. 

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb