Dekabrın 22-də BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb.
ANN.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sazişin mahiyyətini şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, sazişin xüsusiyyəti geoloji kəşfiyyat üzrədir və bunun məqsədi bundan sonra geoloji kəşfiyyat sahəsində addımlar atmaqdır.
"Bu da Abşeron yarımadasının cənub hissəsində dənizin 40 metr dərinliyinə qədər olan sahənin yenidən öyrənilməsi və orada olan ehtiyatların dəqiqləşdirməsi ilə bağlıdır,” - deyə, ekspert bildirib.
Sazişin tərəflər üçün əhəmiyyətindən danışan İlham Şaban deyib ki, sənəd gələcəkdə SOCAR və BP arasında arasında olan əməkdaşlığa müsbət təsir edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !