BP tərəfdaşları ilə birlikdə Azərbaycanda və regionda layihələrə 84 milyard dollardan çox sərmayə qoyub. Bunu BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
"Bu günə kimi bp öz tərəfdaşları ilə birlikdə şirkətin Azərbaycanda və regionda həyata keçirdiyi layihələrə 84 milyard dollardan çox sərmayə qoyub”, - Bayatlı bildirib.
Onun sözlərinə görə, BP indi Azərbaycanda yaşıl enerji layihəsini (Cəbrayılda günəş elektrik stansiyasının tikintisi - İF) həyata keçirməyi planlaşdırır, bu layihə "şirkətin sıfır neytrallığa nail olmaq məqsədlərinə və bərpa olunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir. ” "Bu layihə tamamilə bp tərəfindən maliyyələşdiriləcək. Bununla belə, digər maliyyə təşkilatlarının iştirakı məsələsi də istisna edilmir və onların tərəfində belə bir niyyət olarsa, bu məsələyə baxılacaq”, - deyə Bayatlı əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !