BP Yaponiyanın enerji bazarına daxil olur

23:43 | 27.11.2023
BP Yaponiyanın enerji bazarına daxil olur

BP Yaponiyanın enerji bazarına daxil olur


BP Yaponiyanın pərakəndə enerji bazarına daxil olub.

Bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, enerji şirkətinə çevrilməyə fokuslanan BP, bu addımının elektrik və bərpa olunan enerji də daxil olmaqla bir neçə investisiya sahəsini genişləndirmək planının tərkib hissəsi olduğunu bildirib.

60 ildən artıqdır ki, Yaponiyaya mayeləşdirilmiş təbii qaz (LNG), xüsusilə, neft və neft məhsulları, sürtkü materialları tədarük edən BP yaxın onilliklərdə aşağı karbonlu enerji sektorunu genişləndirərək yeni bir biznes modeli planlaşdırır.

Yeni biznes modelini BP-yə bağlı "BP Energy Japan” (BPEJ) idarə edəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM