BQXK ittihamlara cavab verdi

14:53 | 02.09.2014
BQXK ittihamlara cavab verdi

BQXK ittihamlara cavab verdi

Ermənistan tərəfinin girov götürdüyü Şahbaz Quliyevin ailəsinin şəkil və səs yazısı istəyinə Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) cavab gəlib. Komitənin Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova ANS PRESS-ə açıqlamasında ailələrin iştəklərindən xəbərdar olduqlarını deyib: “Beynəlxalq Humanitar Hüquqa əsasən əsas məsələ saxlanılan şəxslə, onun ailəsinin arasında olan əlaqəni bərpa etməkdir. Adətən BQXK ailələrin arzularını mümkün qədər nəzərə almağa çalışır. Qalan məsələlər isə saxlayan tərəflə müzakirə mövzusudur”.Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Şahbaz Quliyev əmisi oğlu Natiq Quliyev ötən gün ANS PRESS-ə açıqlama verib. O, Şahbazdan məktub deyil, şəkil və səs yazısı gözlədiklərini söyləyib: “Görüş zamanı onun səsini yazıb gətirsinlər. Şəklini gətirsinlər”.Qeyd edək ki, bir müddət öncə isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən ANS PRESS-ə bildiriblər ki, saxlanılan girovlarla yeni görüş olacaq.Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb