Brayza: Obama Əliyev və Sarkisyan arasında etimadı möhkəmləndirməlidir

22:42 | 16.07.2015
Brayza: Obama Əliyev və Sarkisyan arasında etimadı möhkəmləndirməlidir

Brayza: Obama Əliyev və Sarkisyan arasında etimadı möhkəmləndirməlidir

"Madrid sənədi münaqişənin sülh yolu ilə həll olunması üçün ən yaxşı variantdır”.

Mən inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı variantı Minsk qrupunun həmsədrləri tərəfindən 2007-ci ilin noyabrında Madrid sənədində təqdim edilmişdi.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ölkənin Azərbaycanda sabiq səfiri Metyu Brayza "Vestnik Kavqaza”ya verdiyi müsahibəsində bildirib.

"Madrid sənədi Helsinki Yekun aktının dövlətin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmə və güc tətbiq etməmək barədə əsas prinsipləri arasında tarazlıqdan danışır.

Əsasən, o, Azərbaycana Dağlıq Qarabağ ətrafında yeddi ərazinin qaytarılmasına, Dağlıq Qarabağa müvəqqəti hüquqi statusun verilməsinə, Dağlıq Qarabağ sakinlərinin regionun statusuna dair səsvermə keçirməsinə, Dağlıq Qarabağı Ermənistan ilə birləşdirən dəhlizin yaradılmasına, sülhməramlı missiyaya çağırır”, - o deyib.  

Brayzanın sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri qalan fikir ayrılıqlarını həll etməlidirlər, bunun üçün isə prezident Əliyev və Sarkisyana qarşılıqlı inamı bərpa etmələri, tərəfdaşlarının bu əsas prinsipləri öz müvafiq siyasi sistemlərində uzlaşdırmağa hazır olduqlarına inanmaları lazımdır.

"ABŞ prezidenti Azərbaycan və Ermənistan həmkarları arasında inamın möhkəmləndirilməsi işində öz rolunu oynaya bilər və oynamalıdır”, - o qeyd edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM