Braziliya məhkəməsi Amazoniyada təbii sərvətlərin çıxarılmasına qadağa qoyub. Bu barədə anews.az Reuters-ə istinadən xəbər verir.
Federal hakim Rolando Valkiper Spanolo ölkə prezidenti Mişel Temerin Amazoniyanın şimalında təbii sərvətlərin əldə edilməsinə icazə verən qərarını blok edib. Hakimin fikrincə, belə bir qərarı, konstitusiyaya əsasən, yalnız ölkə konqresi verə bilər. Baş prokurorluq isə apellyasiya verəcəyini bildirib.
Braziliya prezidenti Mişel Temer avqustun 24-də xüsusi qorunan Amazon meşələri ərazisində faydalı qazıntıların çıxarılmasına icazə verən sərəncam imzalayıb. Belə ki, həmin ərazilərdə böyük mis ehtiyatları var. Prezidentin fikrincə, bu, ölkə iqtisadiyyatının inkişafına təkan və çoxlu iş yerləri yaratmağa imkan verə bilər.
Qeyd edək ki, qərar fəalların, siyasətçilərin və ekoloqların kütləvi etirazına səbəb olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !