Braziliya millisinin emblemi Pelenin şərəfinə dəyişdirilə bilər.
Bunu Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominges Braziliya Futbol Konfederasiyasına (CBF) təklif edib.
Qurumun rəhbəri dekabrın 2-də xəstəxanaya yerləşdirilmiş 82 yaşlı sabiq hücumçunun tez sağalmasını istədiklərini bildirib: "O, dahidir. 10 rəqəmi ilk dəfə onunla bağlı olub. Bundan sonra başqaları meydana çıxıb və müxtəlif müqayisələr gəlib. Amma Pele həmişə unikal olacaq".
Dominges emblemdəki beş ulduzun üçünün ürəklərlə əvəz edilməsini istəyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !