Braziliya prokurorluğu FİFA-nı yoxlamağa başladı

09:44 | 03.12.2013
Braziliya prokurorluğu FİFA-nı yoxlamağa başladı

Braziliya prokurorluğu FİFA-nı yoxlamağa başladı

Braziliya prokurorluğu FİFA-ın iki qaradərili aparıcını ağdərili aparıcılarla dəyişməsi faktını yoxlamağa başlayıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, söhbət futbol oyunlarının püşkatması mərasimindən gedir. Aparıcıların dəyişdirilməsi olayı sosial şəbəkələrdə ciddi müzakirə edilib. Futbol mütəxəsisləri isə hesab edir ki, onlar ağdərili aparıcılarla əvvəlki püşkatma mərasimlərində də birgə çalışıblar. Xatırladaq ki, futbol üzrə dünya çempionatına 2014-cü il iyun ayının 12-də Braziliyanın San-Paulu şəhərində start veriləcək. Mundialın final oyunu isə iyulun 13-də Rio-de-Janeyro şəhərinin “Marakana” stadionunda baş tutacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM