Əməliyyatda 800-dən çox polis əməkdaşı iştirak edib.
Braziliya polisi əməliyyat keçirərək ötən il qaçaqmalçılıq yolu ilə Avropa ölkələrinə 6 ton kokain ötürməyə çalışmış narkotik ticarətçilərini yaxalayıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Federal polis bildirib ki, kriminal qurum San Paulu ştatındakı Santus limanından narkotik vasitələri Latın Amerikası ölkələrindən Avropaya göndərmək məqsədilə aralıq məntəqə kimi istifadə edib.
Qeyd olunur ki, əməliyyatda 800-dən çox polis əməkdaşı iştirak edib. Onlar günün birinci yarısına kimi onlarla narkotik ticarətçisini həbs ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !