Braziliyada bəndin uçması nəticəsində azı 17 nəfər həlak olub, 45 nəfər isə itkin düşüb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Minas-Xerays ştatında bəndin uçması böyük ərazidə fəlakətə səbəb olub. Bənd metallurgiya zavodu və mədənlərin tullantı sularını saxlamaq üçün tikilmişdi.
Fəlakət nəticəsində Bentu Rodriges yaşayış məntəqəsi tamamilə palçıq altında qalıb. Qəsəbənin 620 sakini helikopterlərlə təxliyə edilir. Xilasetmə dəstələri sağ qalanların axtarışlarını davam etdirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !