Braziliyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb

16:43 | 06.10.2014
Braziliyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb

Braziliyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb

Braziliyada keçirilən növbəti prezident seçkilərində hazırkı prezident Dilma Russeff 41,59% (43,2 milyon) səslə ikinci tura keçib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, D.Russeff sosial-demokratlardan olan rəqibi Aesio Nevesə (33,55% - 34,8 milyon) qalib gəlsə də, birinci turda qələbə üçün yetərincə səs toplaya bilməyib.

 

Bülletenlərin 100 faiz hesablanmasından sonra Sosialist Partiyasının namizədi Marina Silvanın 21,32% (22,1 milyon) səs topladığı və ikinci tura keçmədiyi məlum olub. Digər namizədlərə isə ümumilikdə seçicilərin 2%-i səs verib.

 

D.Russefin ikinci turdakı rəqibi Aesio Neves 1985-ci ildə Braziliya prezidenti seçilmiş, amma andiçmə mərasiminə qədər dünyasını dəyişmiş Tankredo Nevesin nəvəsidir. Seçkilərin ikinci turu oktyabrın 26-da baş tutacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti