Braziliyada “Uber” servisindən istifadə qadağan ediləcək

22:16 | 01.10.2015
Braziliyada “Uber” servisindən istifadə qadağan ediləcək

Braziliyada “Uber” servisindən istifadə qadağan ediləcək


Braziliyanın Rio-de-Janeyro şəhərində smartfon vasitəsilə taksi sifariş etməyin mümkün olduğu "Uber" servisindən istifadə rəsmən qadağan ediləcək.  
 
Belə ki, şəhər meri Eduard Paes "Uber" və analoji texnologiyalarla işləyən bütün servislərin fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan fərman imzalayıb.
 
Qadağanı pozacaq sürücüləri 500 dollar məbləğində cərimə gözləyir.
 
"Uber" şirkəti məsələ ilə bağlı təəssüf etdiyini bildirərək qadağanı antikonstitusion adlandırıb.
 
Yaxın vaxtlarda "Uber" xidmətindən istifadəyə qadağa ölkənin digər böyük şəhəri San-Pauluda qüvvəyə minəcək. Şəhər meri Fernandu Haddad bununla bağlı hələ ki fərman imzalamayıb.
 
Bu ilin yayında Braziliya şəhərlərində taksi sürücüləri "Uber" servisinə qarşı etiraz aksiyaları keçirərək onu haqsız rəqabətdə günahlandırıblar.
 
Oktyabrın əvvəlinə olan vəziyyətə görə, "Uber" ölkənin iki şəhərində - paytaxt Braziliya və Belu-Orizontidə qanuni fəaliyyət göstərir, - "Interfax"  yazır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM