Braziliyalı əfsanəvi boksçu vəfat edib

20:00 | 03.10.2022
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu Eder Jofre dünyasını dəyişib.

Keçmiş idmançı 86 yaşında vəfat edib.

Jofre 1957 - 1976-cı illərdə peşəkar boksda çıxış edib. Döyüşçü 1960-cı və 1973-cü ildə dünya çempionu olub.

O, karyerasında keçirdiyi 78 görüşün 72-də qələbə qazanıb. 4 dəfə heç-heçə edən braziliyalı boksçu yalnız iki dəfə uduzub. Jofre hər hər iki məğlubiyyəti yaponiyalı Masahiko Haradadan alıb.

Eder Jofrenin adı 1992-ci ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM