Braziliyanın sabiq prezidentləri korrupsiyada ittiham olunub

18:20 | 06.09.2017
Braziliyanın sabiq prezidentləri korrupsiyada ittiham olunub

Braziliyanın sabiq prezidentləri korrupsiyada ittiham olunub

Ölkənin iki keçmiş prezidenti Luis İnasiu Lula da Silva və onun xələfi Dilma Rusefə qarşı korrupsiya ittihamları irəli sürülüb.

Braziliyanın baş prokuroru Rodriqu Janot ölkənin iki keçmiş prezidentinə - Luis İnasiu Lula da Silva və onun xələfi Dilma Rusefə qarşı korrupsiya ittihamları irəli sürüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, prokurorluq keçmiş prezidentlərin "Petrobras" dövlət neft şirkəti və digər şirkətlər və fondlardan vəsaitlərin çıxarılması üçün struktur formalaşdırdığını iddia edir.

R.Janotun sözlərinə görə, Braziliyanın hakim Fəhlə Partiyasının altı üzvünün bu barədə məlumatı olub və onlar da bu işdə iştirak ediblər. Baş prokuror hakim partiyadan sabiq nazirlər Antoniu Paloççi Filyu, Qidu Manteqa, Edinyu Silva və Paulu Bernardunu, senator Qleyzi Hoffmann və partiyanın keçmiş maliyyə müdiri Joau Vaçari Netunu ittiham edib.

Baş prokuror bildirib ki, qrup bilavasitə Lula da Silvanın rəhbərliyi altında fəaliyyət göstərib. Fəhlə Partiyasının təxminən 480 milyon dollar ala biləcəyi ehtimal olunur.
Hər iki prezident ittihamları rədd edir.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM