Brent markalı neftin bir barreli 71,09 dollara kimi artıb

10:26 | 12.09.2024
Brent markalı neftin bir barreli 71,09 dollara kimi artıb

Brent markalı neftin bir barreli 71,09 dollara kimi artıb

Neft qiymətləri, Fransin qasırğası səbəbindən Meksika körfəzində istehsal gücünün böyük hissəsinin dayandırılması fonunda əvvəlki sessiyada güclü yüksəlişdən sonra cümə axşamı günü də yüksəlməyə davam edib.  Rəsmi məlumatlara görə, ABŞ-ın Meksika körfəzindəki istehsal gücünün təxminən 39%-i onun yaxınlaşması səbəbindən dayandırılıb.


Hazırda Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri 71,09 dollar/barel təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,48 dollar (0,68%) bahadır.


Nyu-York əmtəə birjasında elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,43 dollar (0,64%) artaraq bir barelə görə 67,74 dollar təşkil edib. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM