Brent markalı neftin bir barreli 71,93 dollara yüksəlib

18:14 | 09.09.2024
Brent markalı neftin bir barreli 71,93 dollara yüksəlib

Brent markalı neftin bir barreli 71,93 dollara yüksəlib

Yaxın Şərqdə gərginliyin yeni siqnalları ilə bazar ertəsi səhər benchmark neft qiymətləri yüksəlib. Suriya mediası xəbər verir ki, İsrail bazar günü axşam Suriyanın mərkəzində beş hərbi obyektə zərbələr endirib.

Hazırda Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri 71,93 dollar/barel təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,87 dollar çoxdur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1 barelə görə 0,9 dollar artaraq 68,57 dollar təşkil edib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM