BRİKS Rusiya milli valyutasında ödənişləri artıracaq

16:59 | 10.10.2024
BRİKS Rusiya milli valyutasında ödənişləri artıracaq

BRİKS Rusiya milli valyutasında ödənişləri artıracaq

BRICS ölkələri milli valyutalarda ödənişləri genişləndirmək niyyətindədirlər və xüsusi infrastruktur bunu asanlaşdıracaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya Maliyyə Nazirliyi Mərkəzi Bankla əməkdaşlıqda assosiasiyadakı tərəfdaşlarla BRİKS miqyasında maliyyə platforması, infrastrukturu və BRİKS təkrar sığortaçısının layihəsini müzakirə edir”, - deyə rəsmi bildirib.
 
Bu layihələrin işə salınması milli valyutalarda ödənişlər praktikasını genişləndirməyə və qarşılıqlı ticarətdə xərcləri azaltmağa imkan verəcək, - Uşakov bildirib.

O, bu il Rusiyanın BRİKS-də sədrliyinin "BRICS çərçivəsində maliyyə yolunun daha aktiv olmasına çox diqqət yetirdiyini" vurğulayıb.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti