Brilyant Dadaşova koronavirusa yoluxub

12:35 | 08.09.2021
Brilyant Dadaşova koronavirusa yoluxub

Brilyant Dadaşova koronavirusa yoluxub

Xalq artisti Brilyant Dadaşova  koronavirusa yoluxub. Bu barədə jurnalistlərlə söhbətində müqənni özü bildirib. 
 
Müqənni həmçinin həkimlərin ona çoxlu dərman yazmasından  şikayət edib. 
 
"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".

Dadaşova deyib ki, Covid-19-a yoluxanda depressiyaya düşüb. 

"Əvvəl kimsə depressiyaya düşəndə deyirdim musiqi dinləyin. Necə insan depressiyaya düşə bilər? Amma indi özüm gördüm. 12 gün hərarət olar? Burda depressiyaya düşməmək mümkün deyil. Heç nə istəmirsən".


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM