"Çelsi”(Chelsea FC) futbol klubunu almaq cəhdi uğursuz olan Cim Ratkliff "Mançester Yunayted” klubunu almaq niyyətində olduğunu deyib. Bu barədə "The İndian Express” nəşri məlumat yayıb.
Uzun müddətdir "Mançester Yunayted” azarkeşi olan britaniyalı milyarder Cim Ratkliff klubun mülkiyytçisi olan amerikalı Qleyzer ailəsinə belə istəkdə olduğunu söyləyib.
"Əgər klub satılarsa, Cim onun potensial alıcısıdır. Belə bir şey mümkün olsaydı, uzunmüddətli sahiblik barədə danışıqlarda maraqlıyıq",- Ratcliffin sözçüsü Times qzetinə deyib.
"Mançester Yunayted” mövsümün iki oyunundan sonra Premyer Liqanın sonuncu pilləsində qərarlaşdığından Gleyzer ailəsi təzyiq altındadır. Eyni zamanda Qleyzerlər beş il ərzində kubok qazanmayan komandaya sərmayə qoymadıqları üçün kəskin tənqid hədəfinə çevrilib. "Yunayted”in xalis borcu martın sonuna qədər 11% artaraq 496 milyon funt-sterlinqə($598 milyon) çatıb.
Ratkliff son bir neçə ayda Premyer Liqaya daxil olan futbol klublarında birini almaqda maraqlı olduğunu iki dəfə bəyan edib. Bu yaxınlarda o "Çelsi" klubunu almaqla bağlı Roman Abramoviçə müraciət etmişdi. Lakin 2022-ci ilin mayında "Çelsi”(Chelsea FC) futbol klubu $3.2 milyarda Todd Boehly və Clearlake Capitalın başçılıq etdiyi investisiya qrupuna məxsus konsorsiuma satıldı.
Cim Ratkliff kimdir?
Ser James Arthur Ratcliff 1952-ci il oktyabrın 18 -də anadan olub. Peşəcə o, kimya mühəndisidir. Ratcliff 1988-ci ildə təsis etdiyi "İneos" kimyəvi maddələr qrupunun sədri və baş icraçı direktoru kimi fəaliyyət göstərir.
The Sunday Times onu qapalı adam kimi xarakterizə edir. Bloomberg Billionaires İndex məlumatına görə, 2020-ci ilin aprelinə onun xalis kapitalı $28.2 milyard təşkil edib. Ratcliffe kapitalın həcminə görə dünyanın 55-ci, Böyük Britaniyanın isə ikinci ən varlı adamıdır.
Sadiq Cavadov
Bizi sosial şəbəkələrdə izləyin !