Bazar ertəsi ölkə liderlərinin telefon danışığı zamanı təhlükəsizlik müşavirləri arasında danışıqların davam etdirilməsi məsələsi müzakirə edilib, baş nazirin ofisindən bildiriblər.
Prezident Putin cənab Cameron-a zəng edərək seçkilərdə qalib gəldiyi üçün onu təbrik edib, sözçü əlavə edib.
Sözçünün bildirdiyinə görə, onlar yarım saat danışıblar, Suriya və Ukrayna əsas müzakirə mövzusu olub.
"Hər iki lider razılaşıb ki, Suriyadakı vətəndaş müharibəsinin həllinə kömək etmək və İslam Dövləti qruplaşmasının böyüməsinin qarşısını almaq həm Britaniyanın, həm də Rusiyanın marağındadır," sözçü bildirib.
"Onlar razılaşıb ki, milli təhlükəsizlik müşavirləri Suriya münaqişəsi ilə bağlı danışıqları yenidən başlatmaq üçün görüşməlidirlər”.
Onlar həmçinin, məsələnin həlli üçün "Suriyanın mülayim müxalifəti” ilə danışıqların davam etdirilməsinə razılaşıblar, baş nazirin ofisindən bildirilib.
Britaniya baş naziri, Rusiyanın Ukrayna böhranındakı rolu ilə bağlı isə "dərin fikir ayrılığının” qaldığını qeyd edib, sözçü bildirir, "lakin indi prioritet Minsk razılaşmasının tam həyata keçirilməsi olmalıdır”.
Fevral ayında Minskdə keçirilmiş danışıqlar Ukrayna üçün sülh planı ilə nəticələnib. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !