Britaniyada atom sualtı qayıqların saxlandığı hərbi obyekt yanıb

11:08 | 30.10.2024
Britaniyada atom sualtı qayıqların saxlandığı hərbi obyekt yanıb

Britaniyada atom sualtı qayıqların saxlandığı hərbi obyekt yanıb

Böyük Britaniyanın qərbində yerləşən Barrow-in-Furness şəhərində BAE Systems şirkətinə məxsus hərbi obyektdə yanğın baş verib, lakin nüvə təhlükəsi yoxdur,. Bu barədə Kambria polisi məlumat verib.


"Fövqəladə xidmətlər Barrow-in-Furnessdə yerləşən BAE Systems zavodundakı yanğın yerinə gəlib... Nüvə təhlükəsi yoxdur," -  polisin bəyanatında bildirilib.


Polis əlavə edib ki, tüstüdən zəhərlənmə şübhəsi ilə iki nəfər xəstəxanaya çatdırılıb, qalan işçilər isə müəssisədən təxliyə edilib.


The Independent xəbər verir ki, bu müəssisədə nüvə sualtı qayıqlarının dayandığı bir gəmiqayırma zavodu yerləşir. Hazırda burada Astute və Dreadnought sinfinə aid sualtı qayıqlar mövcuddur.


BAE Systems Böyük Britaniyanın ən böyük müdafiə şirkəti və dünyanın ən böyük müdafiə şirkətlərindən biridir. 1963-cü ildən etibarən krallıq donanması üçün üç ədəd istisna olmaqla bütün nüvə sualtı qayıqlarını inşa edib. BAE Systems həmçinin Challenge tankları, Eurofighter Typhoon qırıcıları və ABŞ istehsalı olan Bradley piyada döyüş maşınlarını istehsal edir.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti