Britaniyada koronavirusdan ölənlərin sayı artdı

23:18 | 13.01.2021
Böyük Britaniyada son sutka ərzində 47 525 nəfər koronavirus infeksiyasına yoluxub.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 211 576 nəfərə çatıb.

Ötən 24 saatda daha 1564 pasiyent dünyasını dəyişib. Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 84 767-yə yüksəlib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal