"Məncə, müstəsna hallarda ölüm hökmünün tətbiqi ilə bağlı milli müzakirələrin vaxtı çatıb. Bu, müstəsna haldır”, - deputat X-də yazıb.
Britaniya 1998-ci ildə İnsan Haqları Aktı qüvvəyə mindikdən sonra ölüm hökmünü ləğv edib. Ölkədə sonuncu dəfə belə cəza 1964-cü ildə qətl və quldurluqda təqsirli bilinən Qvin Evans və Piter Allenə tətbiq edilib.
Yanvarın 23-də Britaniya məhkəməsi 18 yaşlı Ruandalı yeniyetmə Aksel Rudakubaneni İngiltərənin şimalındakı Sautportda üç qızı qətlə yetirməkdə təqsirli bilinərək minimum 52 il müddətinə ömürlük həbs cəzasına məhkum edib.
Hökm Rudakubane-nin 52 ildən sonra şərti azadlığa buraxılması üçün müraciət edə biləcəyini bildirir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !