Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi "ciddi”dən "kritik”ə yüksəldilib.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.
Böyük Britaniyada terror təhlükəsinin 5 səviyyəsi mövcuddur. "Aşağı” səviyyə terror aktının az ehtimal olunduğunu bildirir. Daha sonra "sadə”, "ciddi”, "yüksək” və "kritik” səviyyələri gəlir.
Bu gün London metrosunun "Parsons Green” stansiyasında törədilən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !