İngiltərə XİN-nin dini inanc və etnik azlıqlardan məsul naziri Barones Varsi hökumətin Qəzza siyasətinə etiraz olaraq vəzifəsindən istefa verib.
Axar.az xəbər verir ki, Barones Varsi rəsmi Tvitter hesabında verdiyi açıqlamada "Böyük bir kədərlə bu səhər Baş nazirə istefa ərazimi təqdim etdim. Hökumətin Qəzza siyasətini bundan belə müdafiə edə bilməyəcəyəm", - deyə bildirib.
Qeyd edək ki, “Mühafizəkarlar partiya”sından olan xanım Barones Varsi 2010-cu ildə nazir vəzifəsinə gətirilən ilk müsəlman nazir kimi tanınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !