Britaniyaya viza almaq istəyənlər üçün yeni xidmət

11:07 | 08.04.2014
Britaniyaya viza almaq istəyənlər üçün yeni xidmət

Britaniyaya viza almaq istəyənlər üçün yeni xidmət

Aprelin 1-dən etibarən Britaniya vizasına müraciət edənlər üçün yeni beynəlxalq xidmət yaradılıb.

ANN.Az Gün.Az-a istinadən xəbər verir ki, Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, yeni xidmətdə telefon zəngləri Bakı vaxtı ilə saat 13:00-dan 21:00-dək qəbul olunur.

Xatırladaq ki, bu xidmət pulludur və hər dəqiqə üçün 1,37 ingilis funtu ödəmək lazım olacaq. Ödəniş yalnız internet vasitəsi ilə edilir. İngilis, türk, rus və digər dilləri bilən əməkdaşlar müraciət edənlərin suallarını cavablandıracaq.Əlavə olaraq müraciətləri elektron poçt (email) və ya qısa yazışma (çat) vasitəsi ilə də etmək mümkündür. Çat pulludur və 10 dəqiqəlik çat üçün 4 ingilis funtu ödəmək lazımdır. Ödəniş yalnız internet vasitəsi ilə edilir. Dil seçimi ingilis, türk, rus və digər dillərdir.Elektron poçt ilə müraciətlər pulsuzdur və mərkəzdə çalışan əməkdaşlar bir gün ərzində müraciətlərə cavab verməyə çalışacaqlar. Qeyd edək ki, bu halda da dil seçimini ingilis, türk, rus və digər dillərdə etmək lazımdır.Britaniya vizası üçün onlayn ərizə formaları, onlayn ödəniş və sənədlərin təqdim olunması üçün vaxtın seçilməsi bu www.gov.uk/visas-immigration internet saytı vasitəsi ilə edilir. Saytda məlumatlar ingilis dilindədir.Həmçinin Bakıda (Xətai rayonu, Xocalı küçəsi 33, Dəmirçi Biznes Mərkəzi, 3-cü mərtəbə) yeni açılan Britaniya vizaları üçün sənədlərin qəbulu mərkəzi (Teleperformance Ltd) həftənin bazar ertəsindən cümə gününədək saat 08:30-dan 17:00-dək işləyir. Mərkəz yalnız sənədlərin qəbulu (əvvəlcədən onlayn vasitəsi ilə təyin edilən vaxtda) və pasportların verilməsi (viza ilə bağlı qərar qəbul olunduqdan sonra) funksiyasını yerinə yetirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM