Belçikanın paytaxtı Brüsselin hava limanında iki partlayış baş verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Monde" qəzeti yazıb.
Partlayışların səbəbi hələ müəyyən edilməyib və hava limanının uçuş zalında baş verib.
KİV-in məlumatına görə, nəticədə 11 nəfər ölüb, 20 nəfər yaralanıb.
RTBF telekanalının xəbərinə görə, uçuş zalında tavanın bir hissəsi uçub, terminal binasının fasadında şüşələr qırılıb.
"Sky News"un məlumatına görə, sərnişinlər sakit şəkildə təxliyə edilir.
Bütün reyslər ləğv edilib. Hava limanı ilə dəmir yolu əlaqəsi dayandırılıb.
Partlayışlarla əlaqədar Belçika hökuməti təcili müşavirə keçirir.
***
"Reuters" xəbər verir ki, hava limanında partlayışları terrorçu-kamikadzelər törədib.
Həmçinin məlumata görə, terror aktları nəticəsində ölənlərin sayı 13, yaralıların sayı isə 35 nəfərə çatıb.
Bizi sosial şəbəkələrdə izləyin !