Brüssel görüşündə alınan qərarlar AÇIQLANDI - Növbəti görüş nə vaxt olacaq?

03:29 | 23.05.2022
Brüssel görüşündə alınan qərarlar AÇIQLANDI -  Növbəti görüş nə vaxt olacaq?

Brüssel görüşündə alınan qərarlar AÇIQLANDI - Növbəti görüş nə vaxt olacaq?

Brüsseldəki görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə başlamaq barədə razılığa gəlib. Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.

"Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması istiqamətində işlərin gələcək prosesi, sərhədinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın işinə başlanması barədə razılıq əldə olunub. Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələləri həll edəcək. Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq”, - o bildirib.
 
Görüş çərçivəsində liderlər nəqliyyat əlaqələrinin açılması prosesinin zəruriliyi ilə bağlı razılığa gəlib.

"Tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılıq baş tutub. Xüsusilə, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılıq var. Aİ hər iki tərəflə onların əhalisinin yaşam şəraitini yaxşılaşdırmaq üçün iqtisadi inkişafı inkişaf etdirməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini davam etdirəcək", - Mişelin yaydığı bəyanatda göstərilib. 


Şarl Mişel əlavə edib ki, yaxın zamanlarda növbəti görüş olacaq.
 
"Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. Avropa İttifaqı dəstəyini gücləndirməyə hazırdır. Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”, - o deyib.
 
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də Brüsseldə görüşü olub. İlk əvvəl Şarl Mişel İlham Əliyev və Paşinyanla təkbətək görüşüb. Daha sonra isə üçtərəfli görüş baş tutub.

İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə aprelin 6-da  Brüsseldə görüşüblər. Onlar aprelin sonuna qədər ikitərəfli sərhəd komissiyasının yaradılması barədə razılığa gəlsələr də, bu məsələ ilə bağlı konkret addımlar atılmayıb. 

Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü 2021-ci il dekabrın 14-də başlayıb 

Bu görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Cari il aprelin 29-da razılaşdırılmış növbəti görüşü isə Ermənistan tərəf  ləğv edib.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM