Brüsselde Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək

15:06 | 09.02.2024
Brüsselde Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək

Brüsselde Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək

Fevralın 13-də Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclası keçiriləcək. Bu barədə Avropa Şurasının  mətbuat xidməti məlumat yayıb.


Aİ və Ermənistan Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və Aİ-Ermənistan Tərəfdaşlıq Prioritetlərinin icra vəziyyəti, eləcə də daha iddialı Aİ-Ermənistan tərəfdaşlıq proqramına doğru irəliləyiş imkanları barədə fikir mübadiləsi aparacaqlar.


Onlar həmçinin siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticarət və sektorlar üzrə əməkdaşlıq, o cümlədən miqrasiya, mobillik və viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması perspektivlərini müzakirə edəcəklər.


Regional problemlər,  təhlükəsizlik siyasəti ilə bağlı fikir mübadiləsi aparacaqları gözlənilir.


Tərəfdaşlıq Şurasına xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrell rəhbərlik edəcək. Ermənistan nümayəndə heyətinə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan başçılıq edəcək.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM