BŞİH metroda söküntülərə tez başlanmasına aydınlıq gətirib

12:18 | 18.03.2014
BŞİH metroda söküntülərə tez başlanmasına aydınlıq gətirib

BŞİH metroda söküntülərə tez başlanmasına aydınlıq gətirib

“Metrodakı ticarət obyektlərinin sökülməsi, yığışdırılması vaxt itkisi idi. Hamı istəyirdi ki, bayram günlərində alternativ ticarət mərkəzlərində yerləşərək, ticarətlə məşğul olsun. Bu baxımdan hamı obyektini boşaldırdı”.Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev deyib. R. Hacıyev bildirib ki, metrodakı ticarət obyektlərinin martın 27-dək sökülməsi ilə bağlı göstəriş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşdə verilib. Onun sözlərinə görə, heç kimin obyekti məcburən və ya içində mal olduğu halda sökülməyib: “Biz yalnız boşalan obyektləri sökmüşük. Biz dükan sahiblərinin heç birinə “buranı boşaldın” deməmişik. Onların özlərinin bu barədə məlumatı vardı. Biz söküntüyə nəzarət edirdik. Kim ki, boşaldırdı, onun dükanı sökülürdü”. Xatırladaq ki, metrodakı ticarət obyektlərinin söküntüsünə martın 27-dən başlanacağı bildirilsə də, sonra bu qərar dəyişib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb