BŞTİ-yə təyin olunan sektor müdirlərinin son SİYAHISI

16:22 | 11.12.2013
BŞTİ-yə təyin olunan sektor müdirlərinin son SİYAHISI

BŞTİ-yə təyin olunan sektor müdirlərinin son SİYAHISI

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılan struktur dəyişikliyi nəticəsində buradakı bəzi sektorlar ləğv edilib, digərlərinin adı dəyişdirilib. Eyni zamanda sektor müdirləri yeni şəxslərlə əvəz olunub. Ümumilikdə idarədə 10 sektor saxlanılıb.Xatırladaq ki, bir müddət öncə Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunublar. Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilib. Bu gün isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində  struktur dəyişikliyi nəticəsində yaradılan sektorların müdirlərinin adları məlum olub.  ANN.Az-ın modern.az-a istinadən xəbərinə görə, sektorlara aşağıdakı şəxslər rəhbərlik edəcəklər:Məktəbdənkənar təhsil sektoru - Afiq Əzizov;İnsan resursları sektoru – Rəşad Tağıyev;Daxili nəzarət sektoru – Rövşən Abdullayev;Maliyyə və mühasibatlıq sektoru – Elmira Mehdiyeva;İnformasiya təminatı sektoru – Dürdanə Əhədova;İctimaiyyətlə əlaqələr sektoru – Arzu Tairquliyeva;Ümumi sektor – Sevinc Rəsulova;Təsərrüfat sektoru – Pənah Səmədov;Təminat və təchizat sektoru – Şahin İsgəndərov;Yalnız Ümumi təhsil sektorunun rəhbərliyi boşdur və tezliklə bura da müdir təyin olunacağı qeyd olunub.Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılan yeni kadr təyinatlarının məqsədinin İdarənin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarət olduğu bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM