BTC ilə neft daşımaları artıb

20:19 | 17.05.2022
BTC ilə neft daşımaları artıb

BTC ilə neft daşımaları artıb

Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixracı 2022-ci ilin yanvar-aprelində  2021-ci ilin uyğun dövrü lə müqayisədə  9,1 milyon tondan 9,2 milyon tona kimi yüksəlib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib. 
 
BTC ilə nəql edilən  tranzit neftin həcmi də artıb. Belə ki, 2022-ci ilin ilk 4 ayında  1,575 milyon ton neft ixrac edilibsə , 2021-ci ilin yanvar-aprelində bu göstərici  1,289 milyon ton olub. 
 
Azərbaycanın neft ixracının 79%  BTC-nin payına düşür. 2022-ci ilin ilk 4 ayında Azərbaycan 11,6  milyon ton neft ixrac edib. 
   
Xəzər neftini Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql etmək üçün nəzərdə tutulan BTC-nin ümumi uzunluğu 1768 kilometrdir. Boru kəmərinin ötürmə qabiliyyəti isə ildə 50 milyon tondur.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb