Böyük Britaniyanın BP şirkəti tərəfindən idarə olunan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı 2024-cü ilin yanvar-iyulunda əvvəlki ilin eyni dövründəki 17,6 milyon tondan 17,2 milyon tona düşüb. Bu barədə Azərbaycan Statistika Komitəsi məlumat yayıb.
BTC ilə nəql edilən tranzit neftin həcmi 2,908 milyon tondan 3,214 milyon tona yüksəlib.
Azərbaycan BTC ilə nəql olunmuş neftin ümumi həcminin 75,4%-ni nəql edib ki, bu da cari ilin yanvar-iyul aylarında 22,77 milyon ton təşkil edib. BTC vasitəsilə Azərbaycandan başqa Qazaxıstan və Türkmənistan da neft ixrac edir.
Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına nefti tankerlərlə daşınmaq üçün çatdıran BTC-nin ümumi uzunluğu 1768 kilometrdir. Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft ixrac etməyə imkan verir. Boru kəməri layihəsi BTC-nin ötürmə qabiliyyətini sutkada 2,2 milyon barrelə qədər artırmağa imkan verir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !