BTC ilə neft nəqli azalıb

17:22 | 05.11.2024
BTC ilə neft nəqli azalıb

BTC ilə neft nəqli azalıb

2024-cü ilin İlk üç rübündə BTC vasitəsilə 22 milyon ton neft ixrac edilib.Keçən ilin eyni dövründə bu göstərici 23 milyon ton olub.Bu barədə BP Azərbaycanın yaydığı hesabatda bildirilib.  
 
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
  
2024-cü ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 104 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənib. 
 
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara veriləndən 2024-cü ilin sentyabrın sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5786 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 
 
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.  
 
N.Təbrizli

 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM