BTC ilə ötürülən Türkmənistan neftinin həcmi açıqlandı

17:00 | 08.09.2017
BTC ilə ötürülən Türkmənistan neftinin həcmi açıqlandı

BTC ilə ötürülən Türkmənistan neftinin həcmi açıqlandı

Bu ilin avqust ayı ərzində BTC (Bakı-Tbilisi-Ceyhan) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.

anews.az SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-nə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.

Bundan başqa, 2017-ci ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM