Sentyabr ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub.
Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.
2017-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !