BTC kəməri ilə Azərbaycan neftinin nəqli artdı

20:56 | 05.11.2015
BTC kəməri ilə Azərbaycan neftinin nəqli artdı

BTC kəməri ilə Azərbaycan neftinin nəqli artdı

Bu ilin oktyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 512 281 ton Azərbaycan nefti nəql olunub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, oktyabrda BTC ilə ixrac olunan Azərbaycan neftinin həcmi ötən ilin oktyabr ayından 1% artıq olub.

Cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 110 452 ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 0,88% az olub. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2015-ci il noyabrın 1-ə qədər BTC-yə 287,9 mln. tondan çox neft vurulub.

Bundan başqa, 2015-ci ilin oktyabr ayında BTC kəməri ilə ümumilikdə 408,9 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib, kəmərin gündəlik ötürmə gücü 1,2 mln. bareldir.

BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunan neft və "Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə tranzit Mərkəzi Asiya nefti nəql olunur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM