BTC ötən ay Azərbaycan neftinin ixracını 26% azaldıb

16:35 | 05.12.2014
BTC ötən ay Azərbaycan neftinin ixracını 26% azaldıb

BTC ötən ay Azərbaycan neftinin ixracını 26% azaldıb

2014-cü ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 1,7 milyon ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon ton neft ixrac edilib. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il dekabr ayının 1-ə qədər BTC-yə 261 milyon ton neft vurulub.

Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 min 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Müqayisə üçün qeyd edək ki, 2013-cu ilin noyabr ayında BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunmuşdur. Ötən ilin ilk 11 ayı ərzində BTC vasitəsilə 27 milyon ton Azərbaycan nefti ixrac edilib. Kəmər keçən ilin noyabr ayında 185 min 540 ton Türkmənistan nefti, 243 min 683 ton isə Qazaxıstan nefti ixrac edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM