ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln və 35-ci prezident Con Kennedi... Bir-birindən bir əsr zaman məsafəsində yaşamış ABŞ-ın iki prezidenti arasında maraqlı oxşarlıqlar...
Linkoln Konqresə 1846-cı, Kennedi isə 1946-cı ildə seçilib.
Linkoln 1860-cı ildə, Kennedi isə 1960-cı ildə prezident kürsüsünə əyləşib.
Hər iki prezident sui-qəsd nəticəsində öldürülüb.
Hər ikisi cümə günü, başından 1 güllə ilə vurularaq ödürülüb
Kennedinin köməkçisinin soyadı Evelin Linkoln idi. Linkolnun köməkçisinin soyadı isə Kennedi idi.
Öldürüldükdən sonra yerlərinə keçən prezidentlərin soyadları Conson olmuşdu.
Linkolndan sonra prezident olan Endrü Conson 1808-ci ildə doğulmuşdu. Kennedidən sonra prezident olan Lindon Conson 1908-ci ildə doğulmuşdu.
İddia edilən hər iki sui-qəsdçinin adları 15 hərfdən ibarət idi.
Sui-qəsdçilərdən biri 1839-cu ildə, digəri isə 1939-cu ildə doğulmuşdu.
Linkolin ''Kennedi'' adlı bir teatrda vurulmuşdu. Kennedi isə ''Linkoln'' markalı bir avtomobildə vurulmuşdu.
Linkolnu öldürən But teatrdan qaçıb binanın çardağında gizlənərkən ələ keçib. Osvald isə binanın çardağından qaçıb teatrda gizlənib və orada ələ keçib.
Linkoln öldürülməzdən bir müddət əvvəl Mariland Monroda istirahətdə olub. C.Kennedinin isə Amerikalı kino aktrisası, müğənni və model Merilin Monro ilə sevgi münasibətləri olub.
ANN.Az