Bütün nəzərlər SOÇİDƏ

09:14 | 08.08.2014
Bütün nəzərlər SOÇİDƏ

Bütün nəzərlər SOÇİDƏ

Azərbaycan və Ermənistan prezidentlərini gərgin döyüşlərdən sonra Rusiya bir araya gətirir. ANS PRESS-in məlumatına görə, bu gün Soçidə baş tutacaq gözlənilən görüş öncəsi bəzi təhlilçilər hesab edir ki, Moskva regionda öz nüfuzunu qoruyub saxlamağa çalışır və döyüşlərin bərpa olunmasından diplomatik imkanları əldə saxlamaqla faydalanmaq istəyir. Azərbaycan tərəfi bildirib ki, Avrasiya İttifaqına qoşulmaq niyyətində deyil. Öz növbəsində Avropa İttifaqı ilə Assosiasiya sazişindən Rusiyanın təzyiqi altında geri çəkilmiş Ermənistan da Rusiyanın Azərbaycana silah satmasından narazıdır və hələlik o da Avrasiya İttifaqına qoşulmayıb. Azərbaycanın Rusiya ilə silah ticarətinin dəyəri 4 milyard dollardır. Eyni zamanda Rusiya Ermənistana münasib qiymətlərlə silah satır.Hazırda hərbi fəaliyyətlər səngisə də, Azərbaycan-Ermənistan qüvvələrinin təmas xəttində vəziyyət gərgin olaraq qalır və indi bütün nəzərlər Putinin iki liderlə qarşıdan gələn görüşünə dikilib.Qeyd edək ki, Soçi görüşündə Minsk Qrupunun daha iki həmsədrinin iştirak edəcəyinə dair heç bir məlumat verilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM