Bu gün Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26
Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” -
"Twenty six” adlı kafe bağlanıb. Əraziyə polis qüvvələri, icra
hakimiyyətinin işçiləri gələrək kafenin sökülməsi əmrini veriblər. Qısa
zamanda kafenin adını bildirən "26" - "Twenty six” lövhəsi sökülüb, ora
aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı polis
tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Kafenin
bağlanması birbaşa Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor
Səhlab Bağırovun müşayəti ilə həyata keçrilib.
Hətta H.
Abutalıbov mətbuat nümayəndələrinə deyib ki, Bakının mərkəzində "26”
adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını
təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar.
Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi
icarəyə götürüb, iki mərtəbəli yerdə "26” sözünü nəinki Azərbaycan,
hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan
erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var,
ermənilərə Azərbaycanda yer yoxdur. Obyektin icarədarları və havadarları
da qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar".
Criminal.az
bildirir ki, "26" - "Twenty six” əslində erməni ilə, o cümlədən ''26
Bakı komissarı'' ilə bağlılığı yoxdur. "26" - "Twenty six” dünyaca
məhşur restoranlar şəbəkəsidir. Həmin şəbəkə dünyanın bir sıra məhşur
şəhərlərində fəaliyyət göstərir.
Görünür, Hacıbnala Abutalıbova "26" - "Twenty six” restoranı barədə dürüst mıəlumat verməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !