Bu agentlik əməkdaşlıq əlaqələrini genişləndirir

22:00 | 01.10.2021
Bu agentlik əməkdaşlıq əlaqələrini genişləndirir

Bu agentlik əməkdaşlıq əlaqələrini genişləndirir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə "HR Option” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

TKTA-dan bildirilib ki, əməkdaşlığın əsas məqsədi agentlik tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar üçün istehsalat sahəsinin ayrılması, həmçinin zəruri alət, material və avadanlıqların təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində şirkətdə müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən peşəkar mütəxəssislərin rəy və təkliflərinə əsasən sual və tapşırıqların ekspertizası da həyata keçiriləcək. Agentlik tərəfindən keçirilən praktiki imtahanlar zamanı "HR Option” MMC prosesə texniki dəstək göstərməklə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqda sənəd əldə etməsinə, ümumilikdə cəmiyyətin bu prosesdən faydalanmasına dəstək olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti