Bu ailələrə mənzil veriləcək - Nazirdən vacib açıqlama

11:00 | 19.02.2019
Bu ailələrə mənzil veriləcək - Nazirdən vacib açıqlama

Bu ailələrə mənzil veriləcək - Nazirdən vacib açıqlama

Şəhid ailələrinə verilən aylıq müavinət 300 manata qaldırılıb.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb:

"Prezident İlham Əliyevin tapşırığı ilə bu il ən azı 800 Qarabağ müharibəsi əlili və şəhid ailəsinə mənzilin verilməsi nəzərdə tutulub".

Nazir xatırladıb ki, dövlət başçısının fərmanı ilə şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 58 manat artırılıb və 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb.

"Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər müvafiq tapşırıqlar əsasında ötən dövrdə üç dəfə artırılıb", - deyə o qeyd edib.

Sahil Babayev əlavə edib ki, Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə, bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6 min 144-ə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM