Bu aparıcını işdən çıxardılar - VIDEO

19:04 | 26.01.2014
Bu aparıcını işdən çıxardılar - VIDEO

Bu aparıcını işdən çıxardılar - VIDEO

Türkiyənin TRT kanalında canlı efir vaxtı qalmaqal baş verib. ANS PRESS-in verdiyi məlumata görə kanalın ana xəbər büllütenini təqdim edən aparıcı Türkiyənin əsas siyasi partiyalarından olan Milliyyətçi Xalq Partiyasının (MHP) ünvanına “yavru müxalifət” sözünü işlədib. 

Anda Özmən adlı xanım aparıcının bu ifadəsi MHP nümayəndələrinin sərt etirazına səbəb olub. Hadisənin törətdiyi ajiotajdan sonra TRT rəhbərliyi xanım aparıcını işdən azad edib. Məsələ ilə əlaqdar açıqlama verən TRT rəhbərliyi xəbər aparıcısının mətində yer almayan sözü canlı efirdə işlətdiyi bildirib. 

İşdən qovulan xəbər aparıcısı öz Tvitter səhifəsində işlətdiyi ifadəyə görə MHP rəhbərliyindən üzr istəyib: “Heç bir pis niyyətim olmayıb. Təkrar- təkrar sizdən üzr istəyirəm. Yanlış işlətdiyim bir ifadədir.”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM