Bu avtobusların hərəkət istiqaməti sabah dəyişdirilir

09:18 | 19.01.2023
20 Yanvar - Ümumxalq Hüzn Günü tədbiri ilə əlaqədar Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.


Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb